Use APKPure App
Get Ədəbi Yuxular old version APK for Android
Əgər yuxunuz sizi qorxudursa, təşviş yaradırsa, mütləq dua edin.
Yuxular həyatımda çox ciddi əhəmiyyətə malikdir, hər həftə, bəzən isə elə vaxt olur ki, hər gün sonrakı işlərimi, görüşlərimi, rastlaşacağım adamları sırasıyla, dəqiqliklə yuxuda əvvəlcədən görürəm. Özü də, bir qayda olaraq, bunlar qabaqcadan planladığım işlər olmur. Yuxular haqqında psixoanalitiklərin, mötəbər din alimlərinin dediklərini, yazdıqlarını az-maz bilirəm deyə, təfərrüata varmayacam...
Ölümləri, olumları aylar, həftələr qabaq, təəssüf ki, yuxuda görürəm. Mərhum anamın ölümünü ilyarım öncədən, əvvəl bir dəfə, 3 ay sonra nisbətən aydın şəkildə daha bir dəfə gördüm. Mərhum həmkarlarımız Fərhad Metenin ölümünü də (qəribədir, axıradək anlamadığım yuxunu Fərhadın özünə də danışmışdım), Pərviz Yusifin ölümünü də. Fəridin, Şəhriyarın İrandakı həbslərini də 3 gün əvvəl yuxuda gördüm. Oldu ki, yaxınlarımın -dostlarımın xəstəliklərini, onları gözləyən təhlükələri gördüm... Hər dəfə də dərin təşviş və iztirab keçirdim. Əslində heç vaxt belə arzum olmayıb və gizlətmirəm, indi bu, məni daha çox qorxudur…
Last updated on Sep 5, 2016
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Uploaded by
Varat Noiamad
Requires Android
Android 2.2+
Category
Report
Ədəbi Yuxular
1.1 by Çapp
Sep 5, 2016